Üstünə oyuncaq düşən körpə öldü

İngiltərədə üzərinə oyuncaq düşən uşaq ölüb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərədə yaşayan 23 yaşlı ana 18 aylıq körpəsinin ölümünə səbəb olub. Belə ki, ana yataqda yuxuya gedən körpəsi ilə divarın arasına oyuncaq ayı qoyub. Təxminən 1 metr hündürlüyü olan ayı körpənin üzərinə düşüb və havası çatmayan uşaq faciəvi şəkildə can verib.