Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2019-cu ilin noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklifinə cavab özünü çox gözlətməyib. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2019-cu ilin noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklifinə cavab özünü çox gözlətməyib.

Türkiyədə növbədənkənar prezident seçkilərinin vaxtı məlum oldu

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 2019-cu ilin noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklifinə cavab özünü çox gözlətməyib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün Türkiyə Böyük Millət Məclisində növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklif səsverməyə çıxarılıb.

Ərdoğan deyib ki, Baxçalı ilə erkən seçki kampaniyasına müsbət yanaşma barədə razılığa gəlinib:

"İyunun 24-də erkən seçim etmək qərarına gəldik. Bu qərarın ölkəmiz, millətimiz və tərəflərimiz üçün xeyirli olmasını diləyirəm. Biz hüquqi prosesi dərhal başlamışıq".

Təklif parlamentdə 386 səslə qəbul edilib.

Beləliklə, bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Təklifin müəllifləri Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasıdır.