Fransada yaşayan və bu ölkənin vətəndaşı olmaq istəyən əlcəzairli bir qadının müraciəti son anda rədd edilib. Fransada yaşayan və bu ölkənin vətəndaşı olmaq istəyən əlcəzairli bir qadının müraciəti son anda rədd edilib.

Kişi ilə salamlaşmayan qadına vətəndaşlıq verilmədi

Fransada yaşayan və bu ölkənin vətəndaşı olmaq istəyən əlcəzairli bir qadının müraciəti son anda rədd edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vətəndaşlıq müraciətlərinin dəyərləndirildiyi tədbirdə həmin qadın dini inancı səbəbindən vəzifəli bir kişiyə əl uzatmayıb.

Onun bu hərəkəti qaydalara riayət edilməməsi və Fransa cəmiyyətinə uyğunlaşmaması kimi dəyərləndirilib. Nəticədə əlcəzairli qadına vətəndaşlıq verilməyib.

Qadın qərarın ləğv edilməsi üçün məhkəməyə müraciəty etsə də, qərar qüvvədə saxlanılıb.

AzNews.az