- Köhnə - Dünya
- 29 Aprel 2018 15:17
- 4 650
Ərdoğan Abdullah Gülün qərarına münasibət bildirdi
Türkiyənin sabiq prezidenti Abdullah Gül iyunun 24-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.
“Qafqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sələfinin bu qərarını şərh edib.
“Seçki meydanı hər kəsə açıqdır. Bu məqamda hər bir siyasi partiya öz namizədini tez bir zamanda müəyyənləşdirməlidir. Ona görə də kampaniyamızı dəyərləndirəcək addımları atmalıyıq”, - deyə Ərdoğan bildirib.
AzNews.az