- Köhnə - Dünya
- 30 Aprel 2018 10:43
- 3 227
Suriya yenidən bombalandı - 38 nəfər öldü
Ötən gün Suriya yenidən bombalanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada hökümət qüvvələrinə aid hərbi bazalara raket atılıb.
Raketlər silah anbarlarına düşdüyünə görə yanğın və partlayışlar baş verib. Partlayışlar o qədər güclü olub ki, 2.6 bal gücündə zəlzələ qeydə alınıb.
Ötən gün axşam saat 10:30-da edilən hücum nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb.
İsrail mediasında yayılan məlumatlara görə hücumun arxasında İsrail dayanır.
AzNews.az