- Köhnə - Dünya
- 30 Aprel 2018 19:22
- 3 481
Sankt-Peterburqda 3 nəfər tankın altında qaldı - Aralarında azyaşlı da var
Sankt-Peterburqda keçirilmiş hərbi festival zamanı 3 nəfər tankın altında qalıb.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, poliqonda tankların yürüşü zamanı tankın üzərində olan 3 nəfər yerə yıxılıb.
Bu zaman tank onların üzərinə çıxıb. Əvvəlcə həmin şəxslərin həlak olduğu barədə məlumat verilsə də, daha sonra həmin şəxslərin xəsarət aldığı bildirilib.
Yıxılan 3 nəfərdən birinin 10-12 yaşlarda olduğu bildirilir.
Xəsarət alanların vəziyyətinin ağır olduğu qeyd olunur.