Türkiyə prezidentinin iqamətgahı Çankaya köşkünün də olduğu ərazi oğrulardan yaxa qurtara bilməyib Türkiyə prezidentinin iqamətgahı Çankaya köşkünün də olduğu ərazi oğrulardan yaxa qurtara bilməyib

Prezident iqamətgahında oğru

Türkiyə prezidentinin iqamətgahı Çankaya köşkünün də olduğu ərazi oğrulardan yaxa qurtara bilməyib




Türkiyə mətbuatının yazdığına görə, ərazidəki dövlət xidməti üçün nəzərdə tutulan kotejlərdən birinin qapısını sındıran oğru saxlanılıb. Onun istintaqında Milli İstahbarat Təşkilatı və polisin terror mütəxəssisləri də iştirak edib. Oğru Cankaya köşkü də daxil olmaqla ərazidəki kotejləri varlılara məxsus villalar hesab etdiyini deyib.

Gecə-gündüz, 24 saat ərzində kameralarla nəzarət edilən, yüksək səviyyədə qorunan, Çankaya Köşkündə oğurluq faktı hamını təəccübləndirib. Buna cəsarət edən 30 yaşlı Sertif Y. divardan atlayaraq Köşkün ərazisinə girib. Mühafizə polisinə aid kotejə daxil olan oğru pul və qiymətli əşyalar oğrulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az