Avstraliyada 1 milyon kenquru öldürüləcək

Avstraliya hökuməti bu il bir milyondan artıq kenqurunu öldürməyə qərar verib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Avstraliya hökuməti otlaqları və vəhşi təbiəti qorumaq məqsədilə 1 milyondan çox kenqurunu öldürmək qərarını verib. Mütəxəssislər bu qərardan sonra kenquruların sayının sürətlə azalacağını bildiriblər.

Qeyd edək ki, bu, Avstraliyada kenqurularla bağlı ilk qərar deyil. 2015-ci ildə də bu ölkədə 1.5 milyondan artıq kenquru öldürülüb.