İsrail əsgərləri Qəzzada 5 uşağı öldürüb

YUNİSEF son 5 həftədə Qəzzadakı genişmiqyaslı dinc etirazlarda 5 uşağın öldürüldüyünü, yüzlərlə uşağın isə yaralandığını açıqlayıb.

AzNews.az Dünya mətbuatına istinadən xəbər verir ki, İsrail tərəfindən işğal olunmuş tarixi torpaqlarına qayıtmaq istəyən fələstinlilər gülləbaran edilmələrinə baxmayaraq aksiyalarını davam etdirirlər.

İsrail əsgərləri isə dinc əhaliyə atəş açmağı dayandırmır.

Xatırladaq ki, aksiyalarda aralarında jurnalist və 18 yaşdan aşağı uşaqların da olduğu 50 fələstinli İsrail əsgərləri tərəfindən şəhid edilib, 6 mindən çox fələstinli isə yaralanıb. Aksiyaların 15 maya qədər davam etdirilməsi planlaşdırılır.