Yaponiya hökumətinin bildirdiyinə görə, ölkədə uşaqların sayı 37 ildir ki, azalmaqda davam edərək minimum rekord həddə çatıb. Yaponiya hökumətinin bildirdiyinə görə, ölkədə uşaqların sayı 37 ildir ki, azalmaqda davam edərək minimum rekord həddə çatıb.

Yaponiyada 37 ildir uşaqların sayı azalır

Yaponiya hökumətinin bildirdiyinə görə, ölkədə uşaqların sayı 37 ildir ki, azalmaqda davam edərək minimum rekord həddə çatıb.

AZƏRTAC xəbər verir ki, Ümummilli Məsələlər Nazirliyi cümə günü, ölkədə mayın 5-də qeyd edilən Uşaqlar Günü ərəfəsində bu barədə hesabat dərc edib.

Sənəddə qeyd edilir ki, Yaponiyada aprelin 1-nə olan vəziyyətə görə, 15 yaşına qədər uşaqların sayı təqribən 15 milyon 530 min nəfər təşkil edib. Bu, bir il əvvəlki həmin göstəricidən 170 min nəfər azdır. Onların 7 miyon 950 mini oğlan, 7 milyon 580 mini isə qızdır.

Həmin yaşda uşaqlar ölkə əhalisinin 12,3 faizini təşkil edir. Bu rəqəm də əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 0,1 faiz azalıb. Həmin göstəricinin 1975-ci ildən başlayaraq fasiləsiz şəkildə azaldığı bildirilir.

AzNews.az