Fələstinin Qəzza şəhərində baş verən partlayışda beş nəfər həlak olub. Fələstinin Qəzza şəhərində baş verən partlayışda beş nəfər həlak olub.

Fələstində partlayış - 5 ölü, 3 yaralı

Fələstinin Qəzza şəhərində baş verən partlayışda beş nəfər həlak olub.

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra yazılı açıqlamada Qəzza Zolağının mərkəz hissəsində meydana gələn partlayışda 5 nəfərin öldüyünü, 3 nəfərin isə yaralandığını yazıb.

Səhiyyə Nazirliyi partlayışın səbəbi və detalları haqqında məlumat verməyib.

Hadisə şahidləri Deyr əl-Belah ilə Əz-Zavadiya arasındakı bir bölgədə şiddətli bir partlayışın olduğunu bildiriblər.