Kim Çen In Çin lideri ilə görüşdü

Şimali Koreya lideri Kim Çen In, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb.

AzNews.az xəbər verir ki, görüş Çinin Dalyan şəhərində baş tutub. Liderlər görüş zamanı bir sıra məsələləri müzakirə ediblər.

Kim Çen In bildirb ki, Koreya yarımadasında vəziyyətin siyasi yolla həllində irəliləyişə ümid edir. O, digər tərəflərin düşmənçilik siyasətindən imtina edəcəyi təqdirdə KXDR-nin nüvə silahına ehtiyac duymayacağını da vurğulayıb. Çin lideri isə Şimali Koreyanın bu addımını dəstəklədiyini bildirib.