- Köhnə - Dünya
- 8 May 2018 16:09
- 4 044
İran İraqla sərhəddə hərbi gücünü artırır
İran İraqla sərhəddə yerləşən Xuzistan vilayətində silahlı qüvvələrin gücləndirilməsi barədə qərar qəbul edib.
AzNews.az xəbər verir ki, bu barədə İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Bakeri məlumat verib. Bakeri qeyd edib ki, İran hər hansı bir təhdiddən qorxmur, çünki ölkənin silahlı qüvvələri bütün sahələrdə öz vəzifələrini yaxşı yerinə yetirirlər.
Qeyd edək ki, Xuzistan İranın cənub-qərb hissəsində, İraqla sərhəddə yerləşən bir vilayətdir. Keçmişdə bu, İraq ordusunun ən çox hücum etdiyi bölgələrdən biri olub.