Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ vətəndaşı olan və Şimali Koreyada saxlanılan 3 nəfəri azad edib. Onlar hazırda ABŞ-a qayıdırlar. Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ vətəndaşı olan və Şimali Koreyada saxlanılan 3 nəfəri azad edib. Onlar hazırda ABŞ-a qayıdırlar.

Şimali Koreya ABŞ vətəndaşlarını azad etdi - Fotolar

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ vətəndaşı olan və Şimali Koreyada saxlanılan 3 nəfəri azad edib. Onlar hazırda ABŞ-a qayıdırlar.

AzNews.az Dünya mətbuatına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb.

D.Tramp 3 amerikalının Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun KXDR-ə səfəri zamanı azad edildiyini və onunla birlikdə vətənə yola düşdüklərini yazıb. Mayk Pompeo ABŞ və Şimali Koreya liderlərinin nəzərdə tutulan görüşünün detallarını müzakirə etmək üçün Pxenyana səfər edib.

Qeyd edək ki, ABŞ vətəndaşı olan Kim Donq-Çul, Kim Sanq-Duk və Kim Hak-Sonq bir müddətdir ki, casusluq ittihamı ilə Şimali Koreyada saxlanılırdı.