“Gənclik Mall” ticarət mərkəzində oğurluq olub. “Gənclik Mall” ticarət mərkəzində oğurluq olub.

“Gənclik Mall”dan bahalı paltar oğurlandı

“Gənclik Mall” ticarət mərkəzində oğurluq olub.

DİN xəbər verir ki, mağazaların birindən 536 manat dəyərində geyim əşyaları oğurlanıb.

​Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

​Faktla bağlı araşdırma aparılır.

AzNews.az