Kərkükdə seçki məntəqəsinin yaxınlığında partlayış - Ölənlər var

İraqın Kərkük əyalətində seçki məntəqəsinin yaxınlığında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 3 nəfər həlak olub. Əldəqayırma partlayıcı qurğu Əl-Huveyca şəhərində seçki məntəqəsinə aparan yolda partladılıb.

Qeyd edək ki, daha əvvəl İŞİD terror qruplaşmasının üzvləri Kərkük əyalətində blokpostlardan birinə hücum ediblər. Hücum nəticəsində 4 polis və 2 hərbçi həlak olub.

AzNews.az