Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib. Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.

Fələstin lideri ölkədə 3 günlük matəm elan etdi

Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib.

Fələstin rəhbəri həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar ümummilli tətilin başlanmasını elan edib.

Qeyd edək ki, son məlumatlara əsasən bu gün Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.