- Köhnə - Dünya
- 15 May 2018 16:44
- 5 905
“İsrailə ağıl öyrətmə!”
İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana İsrailə “ağıl öyrətməməyi” məsləhət görüb.
Trend-in məlumatına görə, bu barədə B.Netanyahu öz “Twitter” səhifəsində yazıb.
İsrailin baş naziri vurğulayıb ki, R.T.Ərdoğan terrorun və qırğının nə olduğunu bilir:
“Şübhəsiz ki, o, terrorun və qırğının nə olduğunu bilir. Ona görə də mən ona İsrailə ağıl öyrətməməyi məsləhət görürəm”.
AzNews.az