- Köhnə - Dünya
- 16 May 2018 15:16
- 4 964
HAMAS İsrailin Qəzzaya göndərdiyi humanitar yardımdan imtina etdi
"Hazırda Qəzza zolağında təhlükəsizlikə bağlı mövcud vəziyyət və tibbi avadanlıqların çatışmaması ilə əlaqədar İsrail hökuməti dünən bölgəyə böyük miqdarda humanitar yardım daşıyan iki yük maşını göndərib".
Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumatda deyilir ki, göndərilmiş humanitar yardım Qəzzaya daxil olsa da, geri qaytarılıb: "Səhiyyə sisteminin ağır vəziyyəti və tibbi təchizatın olmamasına baxmayaraq, HAMAS humanitar yardımı qəbul etməkdən imtina edib və yerli hakimiyyət orqanlarına onları İsrailə geri göndərməyi tapşırıb".
AzNews.az