- Köhnə - Dünya
- 17 May 2018 09:24
- 4 641
İsrail Qəzzaya yenidən aviazərbələr endirdi
İsrail Qəzza sektorunun şimal hissəsində HƏMAS-ın obyektlərinə aviazərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun Tvitter səhifəsində xəbər yayılıb.
Məlumatda deyilir ki, İsrail bunu Sderota endirilən cavab zərbəsi kimi qiymətləndirib.
Zərbələr endirilən obyektlərdən 4-ü hərbi kompleksə, 3-ü isə silah anbarına aiddir.
AzNews.az