- Köhnə - Dünya
- 17 May 2018 11:50
- 4 710
Rusiyada mayda qar yağdı
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin bəzi şəhərlərinə qar yağıb.
Trend-in məlumatına görə, Surqut və Nijnevartovsk şəhərlərinə səhər saatlarından etibarən qar yağmağa başlayıb.
Sinoptiklər qarın sabah da yağacağını proqnozlaşdırırlar.
Eyni zamanda bölgədə temperaturun gecə saatlarında mənfi 15 dərəcəyədək düşəcəyi gözlənilir.
AzNews.az