“İrəvanın meri rüşvətlə seçilib” - Paşinyan

İrəvanın meri Taron Marqaryan rüşvət yolu ilə seçilib.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib: “Mən İrəvan meri ilə bağlı fikrimi artıq demişəm. Taron Marqaryanın rüşvətlə bu vəzifəyə seçilməsi ilə bağlı heç bir şübhə yoxdur”.

Qeyd edək ki, son günlərdə İrəvanda merin istefası tələbi ilə aksiyalar keçirilir.

AzNews.az