- Köhnə - Dünya
- 17 May 2018 17:42
- 3 506
“ABŞ-ın fəaliyyəti regiona ciddi problemlər vəd edir” - Türkiyə XİN
ABŞ-ın İrana qarşı fəaliyyəti regiona ciddi problemlər vəd edir.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
Nazir bildirib ki, ABŞ İranla "altılıq" arasında əldə olunmuş nüvə proqramı üzrə müqavilədən çıxmaqla öz nüfuzunu zərbə altında qoyur:
"Birləşmiş Ştatlar düşünür ki, ona hər şey etməyə icazə verilib".
AzNews.az