Sergey Skripal xəstəxanadan buraxıldı

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal Böyük Britaniyanın Solsberi xəstəxanasından buraxılıb.

Trend-in məlumatına görə, o, iki aydan çox müddətdə müalicə aldıqdan sonra buraxılıb.

Qeyd edək ki, Böyük Britaniya və Rusiya münasibətləri martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsindən sonra kəskin pisləşib. Skripal ailəsinin zəhərlənməsində London Rusiyanı ittiham edir. Rusiya bunu qəti şəkildə inkar edir.

AzNews.az