- Köhnə - Dünya
- 18 May 2018 15:14
- 4 337
Almaniya İran ilə iqtisadi əməkdaşlığı davam etdirəcəyini bəyan etdi
Almaniyanın 120 şirkəti İrandakı fəaliyyətini davam etdirəcək.
AZƏRTAC IRNA-ya istinadən xəbər verir ki, bu sözləri Almaniyanın iqtisadiyyat və enerji naziri Piter Altmayer deyib.
İranın enerji naziri Rza Ərdakanian ilə Berlində görüşən P.Altmayer bildirib ki, Almaniya ilə İran hökumətləri arasındakı birgə iqtisadi komissiya öz fəaliyyətini davam etdirərək əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək.
İran mətbuatı yazır ki, Almaniya ABŞ-ın yeni sanksiyalarına baş əymək fikrində deyil. Çünki bu dövlətin İranda milyardlarla dollar həcmində investisiyası var.
AzNews.az