Kubada qəzaya uğrayan təyyarədə sərnişinlərin sayı məlum oldu - Yenilənib (Foto)

Kubada qəzaya uğrayan Boeing 737 sərnişin təyyarəsinin göyərtəsində 113 nəfər olub.

AzNews.az istinadən xəbər verir ki, bu barədə USAToday məlumat yayıb.

Məlumata görə, onlardan 104-ü sərnişin, 9-u isə ekipaj üzvləridi. Təyyarə Boyeros şosesində yerə çırpılıb.

***

21:44

Kubanın paytaxtı Havanada təyyarə qəzası baş verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, “Boeing 737” tipli sərnişin təyyarəsi Havana hava limanından qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.

Təyyarədə 100-dən çox sərnişinin olduğu bildirilir. Ölənlərin sayı dəqiqləşdirilir.

Hadisənin dəqiq səbəbi bilinmir.