- Köhnə - Dünya
- 19 May 2018 21:19
- 2 330
Ərdoğana qarşı sui-qəsd cəhdi edilə bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkanlara səfəri zamana ona qarşı sui-qəsd cəhdi edilə bilər.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin kəşfiyyat xidmətlərinə Makedoniyanın paytaxtı Skopyedə yaşıyan türklər və Qərbin kəşfiyyat xidmətləri məlumat veirb.
Skopyedə yaşıyan türklər bildirib: "Şaiyələr gəzir ki, prezident Ərdoğanın Balkan yarımadası ölkələrinə səfəri zamanı ona qarşı sui-qəsd cəhdi olacaq".
Qərbin kəşfiyyat xidmətləri öz növbəsində bildirib: "Türk əsilli bir qrup insan Ərdoğana qarşı onun Balkanlara səfəri zamanı sui-qəsd hazırlayır".
Fərqli mənbələrdən oxşar məlumatları əldə edən təhlükəsizlik qüvvələri araşdırmaya başlayıb.
AzNews.az