- Köhnə - Dünya
- 21 May 2018 11:25
- 7 884
Rusiyada iki ayda 90 min nəfəri gənə dişlədi
Rusiyada son iki ay ərzində 90 min nəfərə yaxın insan gənə dişləmələri səbəbindən həkimə müraciət edib.
Trend-in məlumatına görə, həkimə müraciət edənlər arasında borrelioz, erlixioz, anaplazmoz kimi xəstəliklər aşkarlanıb.
Buna baxmayaraq, Rusiya Səhiyyə Nazirliyi ötən ilin müvafiq dövrünə nisbətən gənə dişləmələrinin 5 faiz azaldığını bəyan edib.
Ən çox gənə dişləmələri Kemerovsk, İrkutsk, Sverdlovsk, Sankt-Peterburq və Altayda qeydə alınıb.
AzNews.az