- Köhnə - Dünya
- 22 May 2018 10:36
- 1 430
Əfqanıstanda 20 polis öldürüldü
Əfqanıstanın mərkəzində radikal "Taliban" hərəkatının silahlıları ilə baş verən qarşıdurmalarda azı 20 polis, o cümlədən mahalın polis rəisi ölüb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qəznə vilayətinin səlahiyyətli şəxsləri bildiriblər.
Silahlılar dünən gecə eyni anda Caqatu, Deh-Yak, Acristan, Qiro mahallarında, eləcə də Qəznə vilayətinin inzibati mərkəzi olan eyniadlı şəhərdə hökumət qüvvələrinin mövqelərinə hücum ediblər.
Əyalət şurasının üzvü Nasir Əhməd Fakirinin verdiyi məlumata görə, Deh-Yak mahalının polis bölməsinin rəisi Fayz Məhəmməd Tofan və çevik polis alayının komandiri Hacı Bərəkət ölən 20 polis əməkdaşı arasında olub.
AzNews.az