Azər Qasımlı Baş Prokurorluğa çağırıldı

“ReAl” hərəkatının Məclis üzvü Azər Qasımlının saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Hərəkatın icra katibi Natiq Cəfərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, A.Qasımlı bu gün günorta saatlarında Baş Prokurorluğa çağırılıb:

“Ona bildiriblər ki, rəhbərlik söhbət etmək istəyir. Amma hansı məsələ ilə bağlı çağırıldığı bəlli deyil. Ordan sonra da Yasamal Rayon Polis İdarəsinə aparılıb, hazırda oradadır. Onu da bildiriblər ki, polis idarəsinin rəhbərliyi də söhbət etmək üçün çağırıb. Azər Qasımlı Baş Prokurorluğa öz maşını ilə getmədiyi üçün idarəyə prokurorluğun əməkdaşlarından birinin avtomobili ilə aparılıb. Yəni polis maşınında aparılmayıb. Buna görə də saxlanılıb-saxlanılmadığını da dəqiq deyə bilmirik. Onun dəvət olunması ilə bağlı rəsmi açıqlama da yoxdur, özü ilə əlaqə saxlaya bilmirik”.

N.Cəfərli qeyd edib ki, A.Qasımlının Cümhuriyyətin 100 illiyi ilə bağlı paytaxtda keçirilən yürüşlə əlaqədar çağırıldığını təxmin edirlər.

AzNews.az