Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Hindistana mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə başlayıb. Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Hindistana mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə başlayıb.

“Gazprom” Hindistana LNG tədarükünə başladı

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Hindistana mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Hindistan uzunmüddətli razılaşma çərçivəsində indiyə qədər ən ucuz qazı “Gazprom”dan alıb. Hindistanın “Gazprom”dan aldığı LNG-nin qiyməti Qətərdən tədarük etdiyi qazın qiymətindən 1,5 dollar, Avstraliya və ABŞ maye qazından isə 1-1,5 dollar ucuzdur. Hindistan 20 il ərzində Rusiyadan 25 milyard dollarlıq LNG alacaq.

Hindistan neft-qaz, bacarıqların inkişafı və sahibkarlıq naziri Dharmendra Pradhan deyib: “Dörd il əvvəl biz təkcə Qətərdən LNG alırdıq. İndi isə LNG təchizatını ABŞ, Avstraliya və Rusiya ilə şaxələndirmişik”.

AzNews.az