Almaniyanın Landsxut şəhərində "BMW" zavodunda yanğın baş verib. Almaniyanın Landsxut şəhərində "BMW" zavodunda yanğın baş verib.

Almaniyada "BMW" zavodunda yanğın - Yaralılar var

Almaniyanın Landsxut şəhərində "BMW" zavodunda yanğın baş verib.

AzNews.az-ın məlumatına görə, yanğına səbəb zavodun müəssisələrindən birində maqnezium tərkibli məhsullar yanıması olub.

Yanğın nəticəsində zavodun azı 3 işçisi xəsarət alıb.

Yanğın səbəbi ilə şəhərdə güclü tüstülənmə olub. Sakinlərə evlərin pəncərə və qapılarını bağlamaq tövsiyə edilib.

Hazırda yanğın yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb. Yanğının səbəbləri araşdırılır.