Ruhani Avstriyaya gedir

İran prezidenti Həsən Ruhani iyulun 4-də Vyanaya rəsmi səfər edəcək.

Trend-in məlumatına görə, H.Ruhani Avstriya prezidenti Aleksander van der Bellen və kansler Sebastyan Kurtsla danışıqlar aparacaq.

Mayın 30-da "Die Presse" qəzeti yazmışdı ki, İslam Respublikasının prezidenti Vyanada Avropa İttifaqı Şurasında Avstriya sədrliyi ilə nüvə razılaşmasını müzakirə edəcək.

AzNews.az