Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo bazar ertəsi telefon danışıqları aparıb. Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo bazar ertəsi telefon danışıqları aparıb.

Lavrov Pompeo ilə Şimali Koreya və Suriyanı müzakirə etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo bazar ertəsi telefon danışıqları aparıb.

Diqqət mərkəzində Koreya yarımadasında olan vəziyyət, eləcə də yaxın gələcəkdə Rusiya və ABŞ əlaqələrinin genişlənməsi məsələləri idi. Bu haqda Rusiya xarici işlər nazirliyi məlumat verilib.

"Diqqət mərkəzində BMT-nin Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi əsasında Suriya münaqişəsinin həlli, eləcə də Koreya yarımadasında olan problemlərin həlli məsələləri dururdu. Lavrov və Pompeo ikitərəfli münasibətlərin bəzi aspektlərini, eləcə də Rusiya və ABŞ arasında yaxına zamanlarda siyasi əlaqələrin cədvəlini müzakirə etdilər", - Rusiya xarici işlər nazirliyi bildirib.

Bu danışıqların Amerika tərəfinin təşəbbüsü ilə keçirildiyi qeyd edilib.

AzNews.az