Türkiyənin Manisa şəhərinin Turgutlu rayonunda beyin ölümü reallaşan Naki Yalçıntürkün orqanları 5 xəstəyə nəql ediləcək. Türkiyənin Manisa şəhərinin Turgutlu rayonunda beyin ölümü reallaşan Naki Yalçıntürkün orqanları 5 xəstəyə nəql ediləcək.

Arvadının orqanlarını 5 nəfərə bağışladı

Türkiyənin Manisa şəhərinin Turgutlu rayonunda beyin ölümü reallaşan Naki Yalçıntürkün orqanları 5 xəstəyə nəql ediləcək.

Oğlunun sürdüyü motosikletdən düşüb ağır yaralanan 56 yaşlı Naki Yalçıntürk Turgutlu Dövlət Xəstəxanasında müalicə olunurdu. Əməliyyatdan sonra reanimasiya bölməsində saxlanan xəstənin 3 gündən sonra beyin ölümü reallaşıb. Mərhumun orqanları yoldaşı və böyük oğlu tərəfindən ehtiyacı olanlara bağışlanıb. Turgutlu Dövlət Xəstəxanasında reallaşdırılan bu əməliyyata, İstanbul, İzmir və Ankaradan gələn həkimlər qatılıblar. Qeyd edək ki, Naki Yalçıntürkdən götürülən ağciyəri İstanbul Kartal Koşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasında, ürəyi Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasında, qaraciyəri Dokuz Eylül Universiteti Tibb Fakültəsi Xəstəxanasında, böyrəkləri də Qazi Universiteti Tibb Fakültəsi Xəstəxanasında orqan qrantı gözləyən xəstələrə nəql ediləcək. Artıq götürülən orqanlar adı qeyd olunan xəstəxanalara göndərilib.

Naki Yalçıntürkün həyat yoldaşı Hüseyn Yalçıntürk bu barədə açıqlamasında deyib: `` Yoldaşımla aramızda bu mövzu ilə bağlı hər hansı bir söhbət olmamışdı. Amma mən yaşamağı sevdiyim üçün, yoldaşımın orqanlarının başqalarına həyat bəxş etməsini istədim``.


Xəyalə Məmmədova
AzNews.az