Yəməndə döyüşlər şiddətləndi - 250 nəfər öldü

Yəmənin qərbindəki Hudeydə şəhərində koalisiya qüvvələri ilə husi üsyançıları arasında hava limanının nəzarətə alınması məqsədilə döyüşlər şiddətlənib.

Trend-in məlumatına görə, koalisiya qüvvələrinin zərbələri nəticəsində 250-yə yaxın üsyançı həlak olub.

Qeyd olunur ki, bölgədə döyüşlər davam etdirilir. Digər təfərrüatlar barədə məlumat verilməyib.

AzNews.az