Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı zamanı Tehranın nüvə proqramı üzrə sazişlə bağlı yaranmış vəziyyət və V Xəzər Sammitinə hazırlıq məsələləri müzakirə edilib. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı zamanı Tehranın nüvə proqramı üzrə sazişlə bağlı yaranmış vəziyyət və V Xəzər Sammitinə hazırlıq məsələləri müzakirə edilib.

Rusiya və İranın xarici işlər nazirləri nəyi müzakirə etdilər?

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı zamanı Tehranın nüvə proqramı üzrə sazişlə bağlı yaranmış vəziyyət və V Xəzər Sammitinə hazırlıq məsələləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri qarşılıqlı fəaliyyət problemlərini müzakirə edib, İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında yaranmış vəziyyətə xüsusi diqqət yetirməklə, gündəlikdə duran bir sıra aktual beynəlxalq və regional məsələlər, həmçinin V Xəzər Sammitinə hazırlıq barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Xəzəryanı beş ölkənin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) dövlət başçılarının görüşü avqustun əvvəlində Qazaxıstanın Aktau şəhərində keçiriləcək. Sammitdən bir gün əvvəl region ölkələrinin xarici işlər nazirləri arasında danışıqlar aparılacağı gözlənilir.

AzNews.az