Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan barəsində polis axtarış elan edib. Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan barəsində polis axtarış elan edib.

Ermənistan müdafiə nazirinin keçmiş müavininin arvadı axtarışa verildi

Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan barəsində polis axtarış elan edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə polisi analtik, informasiya və KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.

“Nazik Amiryanın axtarışı üzrə əməliyyat davam edir”, - deyə o vurğulayıb.

Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri Nazik Amiryanın həbs olunması barədə qərar qəbul ediblər. Ancaq bir neçə gündür onu tapa bilmirlər.

Qeyd edək ki, Manvel Qriqoryan və onun oğlu Eçmiadzin şəhərinin keçmiş meri Karen Qriqoryan dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, həbs ediliblər.

AzNews.az