- Köhnə - Dünya
- 28 İyun 2018 13:12
- 2 560
Daşqınlar Vyetnama 20 milyon dollarlıq ziyan vurdu

Vyetnamın şimal-qərbində bir həftəyə yaxın davam edən daşqınlar azı 22 nəfərin həyatına son qoyub.
Trend-in məlumatına görə, daha 9 nəfər itkin düşmüş hesab edilir.
Daşqınlar bir neçə əyalətdə 1,5 min yaşayış evini dağıdıb, 1,2 min hektardan çox əkin sahəsini məhv edib. 6 mindən çox ev quşu və mal-qara tələf olub.
Qeyd olunur ki, daşqınlar nəticəsində bölgəyə təxminən 20 milyon dollar ziyan dəyib.
AzNews.az