İsrail Suriya ilə sərhədə əlavə tank və artilleriya cəlb etdi

İsrail ordusu Suriya ilə həmsərhəd rayonlarda hərbi əməliyyatların bərpa olunması fonunda ərəb ölkəsi ilə sərhədinə əlavə zirehli tank və artilleriya hissələri cəlb edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, İsrail tərəfi Suriyada hökumət qoşunları ilə müxalifət dəstələri arasıda baş verən silahlı toqquşmalara müdaxilə etmək niyyətində olmadığını bəyan edib.

Lakin rəsmi Tel-Əviv Dəməşqdən Colan yüksəkliklərində hərbsizləşdirilmiş zonanın yaradılması və BMT sülhməramlılarının mövcudluğunu nəzərdə tutan 1974-cü il sazişlərinin yerinə yetirilməsini tələb edir.

AzNews.az