Tanzaniyada ağır yol qəzası - 20 nəfər öldü

Tanzaniyada ağır yol qəzası nəticəsində 20 nəfər ölüb, 45-i xəsarət alıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, qəza iyulun 1-də Mbeya rayonunda baş verib.

Məlumata görə, yük maşını sərnişin avtobusuna çırpılıb, nəticədə 20 nəfər elə hadisə yerində keçinib.

Toqquşduqdan sonra yük maşını daha 2 avtobusa çırpılıb və çaya aşıb.

Xəsarət alanlar xəstəxanalara çatdırılıb.

AzNews.az