- Köhnə - Dünya
- 2 İyul 2018 10:32
- 2 967
Məktəbli avtobusu dərəyə aşdı - Yaralılar var

Hindistanın şimalında məktəbliləri aparan avtobus qəzaya uğrayıb.
Trend-in məlumatına görə, avtobus Uttar-Pradeş ştatında dərəyə aşıb.
Qəza nəticəsində 6 şagirdin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Onların vəziyyəti orta qiymətləndirilir.
Qəzanın hansı səbəbdən baş verməsi isə hələ dəqiq məlum deyil. Polis araşdırmalara başlayıb.
AzNews.az