Böyük Britaniya silahlanma üçün xərcləri artırmasa, Fransa NATO-da ABŞ-ın başlıca tərəfdaşına çevriləcək. Böyük Britaniya silahlanma üçün xərcləri artırmasa, Fransa NATO-da ABŞ-ın başlıca tərəfdaşına çevriləcək.

ABŞ Britaniyanı silahlanmağa çağırdı

Böyük Britaniya silahlanma üçün xərcləri artırmasa, Fransa NATO-da ABŞ-ın başlıca tərəfdaşına çevriləcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın müdafiə naziri Cim Mettisin britaniyalı həmkarı Qevin Uilyamsona məktub ünvanladığı qeyd olunur.

ABŞ tərəfi məktubda Böyük Britaniyanın hərbi xərclərinin azalmasından narahatlığını bildirib:

“Böyük Britaniya silahlı qüvvələrinin gücü ölkənin dünya arenasında liderlik mövqeyini qorumağa imkan verir. Amma dövlətin öz mövqeyini müdafiə etmək qabiliyyəti zəifləyir”.

Qeyd olunur ki, London hərbi xərclərə ümumi daxili məhsulun 2 faizini sərf edir. Eyni zamanda Fransa müdafiəyə 260 milyard avro sərf edəcəyini bildirir.

AzNews.az