Yaponiyada güclü qasırğa - Ölən var

Yaponiyada "Prapirun" qasırğası insan tələfatına səbəb olub.

Trend-in məlumatına görə, artıq bir neçə gündür ki, güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində 5 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

Güclü qasırğa Cənubi Koreyada da fəsadlara yol açıb. Burada ölən və xəsarət alan var, hətta 2 nəfərin itkin düşdüyü bildirilir.

Qeyd edək ki, hələ ötən həftənin sonlarında qasırğa səbəbindən Yaponiyada təxminən 26 min nəfər təxliyə olunub.

AzNews.az