Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri külli miqdarda mənimsəmə faktında şübhəli bilinir. Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri külli miqdarda mənimsəmə faktında şübhəli bilinir.

Erməni polkovnik saxlanıldı - Hərbi hissənin yanacağını satıb

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandiri külli miqdarda mənimsəmə faktında şübhəli bilinir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Şübhəli polkovnik öz hərbi hissəsindəki mayorla razılığa gələrək cari ilin yanvar - iyun ayları ərzində planda nəzərdə tutulandan daha az hərbi texnikadan istifadə edilməsinə tapşırıq verib. Beləliklə də, qənaət edilən 24 ton dizel yanacağını satan polkovnik dövlətə 8 milyon 856 min dram (18 min 450 dollar) ziyan vurub.

Nəticədə mayor, polkovnik və dörd nəfər saxlanılıb.

AzNews.az