ABŞ dövlət katibi Con Kerri Tükiyə və İsrail rəhbərliklərini ikitərəfli münasibətlərin bərpa olunmasına görə tərifləyib və bəyan edib ki əldə olunan nailiyyət regiona sülhün və sabitliyin gəlişini sürətləndirəcək. ABŞ dövlət katibi Con Kerri Tükiyə və İsrail rəhbərliklərini ikitərəfli münasibətlərin bərpa olunmasına görə tərifləyib və bəyan edib ki əldə olunan nailiyyət regiona sülhün və sabitliyin gəlişini sürətləndirəcək.

Dövlət katibi Tükiyə və İsraili barışıq əldə etdiklərinə görə tərifləyib

ABŞ dövlət katibi Con Kerri Tükiyə və İsrail rəhbərliklərini ikitərəfli münasibətlərin bərpa olunmasına görə tərifləyib və bəyan edib ki əldə olunan nailiyyət regiona sülhün və sabitliyin gəlişini sürətləndirəcək.




ABŞ prezidentindən sonra İsrailə səfər edən C.Kerri martın 23-də Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu martın 22-də Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana zəng edərək, 2010-cu ildə "Azadlıq donanması"na ("Mavi Mərmərə") silahlı hücum nəticəsində 9 Türkiyə vətəndaşının ölümünə görə rəsmi üzr istəyib. Rəsmi üzrxahlıqla yanaşı, B. Netanyahu İsrail xüsusi təyinatlılarının hücumu zamanı öldürülmüş Türkiyə vətəndaşlarının doğmalarına və yaxınlarına təzminat ödəməyə hazır olduqlarını da bildirib. Söhbət zamanı tərəflər iki ölkə arasında münasibətlərin normallaşmasına, o cümlədən, səfirlərin qaytarılmasına dair razılaşma əldə ediblər.

AzNews.az