Türkiyədən PKK-ya ağır zərbə

Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı xüsusi əməliyyat keçirərək ona sarsıdıcı maliyyə zərbəsi vurub.

AZƏRTAC xəbər verir ki, antiterror əməliyyatı eyni vaxtda Hakkari və Vanda olmaqla 200 polisin iştirakı ilə 26 ünvanda keçirilib. Nəticədə 17 nəfər şübhəli qismində saxlanılıb. Onlardan 6-sı məhkəmənin qərarı ilə dərhal həbs olunub.

Axtarış aparılan ünvanlardan 6 min 559 paket gömrük qeydiyyatından keçməyən siqaret və 458 min 600 ABŞ dolları ələ keçirilib.

AzNews.az