Çində sevgilisinə hədiyyə etmək istəyən gənc az qala canından olacaqdı Çində sevgilisinə hədiyyə etmək istəyən gənc az qala canından olacaqdı

Özünü hədiyyə qutusunda sevgilisinə göndərdi

Çində sevgilisinə hədiyyə etmək istəyən gənc az qala canından olacaqdı



Çunçina şəhərinin gənc sakini özünü hədiyyə qutusuna qoyaraq sevgilisinin iş yerinə göndərmək qərarına gəlib.

Kuryer vasitəsilə bağlamanı qıza çatdırmağı düşünən gəncin planı istədiyi kimi alınmayıb. Belə ki, oğlanı yarım saat ərzində qızın ofisinə çatdrmaq nəzərdə tutulsa da, sonradan bunun üçün 3 saat tələb edilib.

"IinfoSmi.net"in məlumatına görə, hədiyyə qutusunda 3 saat qalan gəncin havasızlıq şəraitində səhhəti üçün ciddi problem yaranıb. Qutudan çıxdığı zaman ona həkim yardımı gərək olub. Özünə gədikdən sonra gənc qutunu cırıb çıxmaq istədiyini, ancaq bunu bacarmadığını deyib.

Poçt xidməti əməkdaşları isə indiyə qədər belə qəribə bağlama aparmadıqlarını və gələcəkdə də bunu təkrar etməyəcəklərini bildiriblər.

Elnarə Əlosmanqızı
AzNews.az