Bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun Eçmiədzin monastırında yerləşən iqamətgahının kargüzarlığına basqın ediblər. Bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun Eçmiədzin monastırında yerləşən iqamətgahının kargüzarlığına basqın ediblər.

Etirazçılar erməni katolikosunun istefasını tələb edirlər

Bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun Eçmiədzin monastırında yerləşən iqamətgahının kargüzarlığına basqın ediblər.

Bu barədə "Report" "İnterfaksa" istinadən xəbər verir.

Kargüzarlığın mətbuat xidmətinin rəhbəri Vaqram Melikyanın Facebook səhifəsində yazdığına görə, basqın edənlər ultimatum tələbləri ilə çıxış edir, təxribatçı hərəkətlər edirlər. Onlar bu qəbuledilməz hərəkətləri dayandırmaq çağırışlarına məhəl qoymurlar.

Katolikosun istefasını tələb edən etirazçı qrupun lideri Karen Petrosyan KİV-lərə bildirib ki, kilsə işçiləri onlara hücum ediblər: "Biz burada katolikos vəzifəsindən imtina edənə qədər qalacağıq".

Hadisə yerinə polis cəlb olunub.

AzNews.az