Serj Sarkisyanın qardaşı və onun qızı barədə axtarış elan edildi

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və qızı Ani barədə axtarış elan edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Məhkəmənin qərarı ilə Levon Sarkisyan barəsində həbs qətimkan tədbiri seçilib və Ani Sarkisyan və onun qardaşı Narekdən başqa yerə getməmək haqqında iltizam alınıb. Levon və Ani Sarkisyan barəsində axtarış elan olunub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Levon Sarkisyan və qızı Ani qanunsuz varlanmaqda və gəlir bəyannaməsindən yayınmaqda ittiham edilirlər.

İyunun 29-da Ermənistanın Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsi Narek Sarkisyanın evində axtarış aparıb. Nəticədə müstəntiqlər Levon və Ani Sarkisyanın adına olan 6,8 milyon dollarlıq bank əmanətlərinə dair sənədləri tapıblar.

AzNews.az